"İnter"in prezidenti: "Əsas məqsədimiz ilk "üçlüy"ə düşməkdir" MÜSAHİBƏ

21:21 - 2 Mart 2016

"Biz əsasən çempionat oyunlarına diqqətimizi cəmləmişik"
 
“İnter”in prezidenti Rəşad Qasımov Sportal.az saytına müsahibə verib:
 
- Paytaxt derbisində “Rəvan”a məğlub oldunuz. Bu oyun haqda fikirləriniz necədir?
- Biz əsasən çempionat oyunlarına diqqətimizi cəmləmişik. Çalışmalıyıq ki, öz meydanımızda növbəti mərhələyə yüksələk.
 
- Bu gün “İnter” elə də yaxşı oyun sərgiləmədi...
- Son oyunda “Qarabağ”la ağır oyun olmuşdu. Növbəti turda da “Sumqayıt”la çətin matçımız var. Məncə, səbəb budur.
 
- UEFA ilə danışıqlarınız nə yerdədir?
- Biz UEFA-dan futbolçulara olan borcu hissə-hissə ödəməyimizi istəmişik. Hələ ki, bizə heç bir cavab verilməyib.
 
- Bu amil futbolçulara təsir edir?
- Xeyr. Qətiyyən. Əvvəlcə, avrokuboklara vəsiqə qazanmaq lazımdır. Daha sonra isə qadağa haqda düşünmək olar.
 
- Komandanızın qarşısına hansı hədəfi qoymusunuz?
- İlk “üçlük”.
 
- Bəs, kubokda?
- Əsas çempionatdır. Amma kuboku da qazansaq, bu, bizim üçün yaxşı haldır.

Xəbər xətti