"O epizodda məndə də səhv oldu"
“Qarabağ”ın müdafiəçisi İlqar Qurbanov “Sumqayıt”la (2:0) matçdan sonra Sportal.az-a müsahibə verib
- Oyun haqda təəssüratlarınızı bölüşərdiniz…
- Oyun çox ağır oldu. İlk hissədə çətinlik çəkdik. Rəqib birinci hissədə yaxşı oynadı. Amma qol vurandan sonra bir az rahat oynadıq. Kubok oyunları çempionat oyunlarından fərqli olur. Çalışmalısan ki, doğma meydanında qol buraxmayasan. Şükürlər olsun ki, biz bunu bacardıq.
- “Qarabağ”ın növbəti mərhələdə olduğunu söylənək olar?
- Xeyr. Biz bu mösüm “Sumqayıt”a qalib gələ bilməmişdik. Bu, ilk qələbəmiz idi. Çünki yaxşı heyətə malikdilər. Fikrimcə, cütün taleyinə Sumqayıtda aydınlıq gələcək.
- Oyunun gedişində Ağabala Ramazanovla mübahisə edirdiniz…
- O epizodda məndə də səhv oldu. O qaçan zaman mən tüpürdüm və qoluna düşdü. Bunu bilərəkdən etmədim. Amma Ramazanov bir az fərqli düşündü. O, elə bildi ki, mən onun qoluna qəsdən tüpürmüşəm. Ciddi bir şey yox idi.
- Bu il ilk rəsmi oyunun idi. Uzun müddət oynamadığınızı meydanda necə hiss edirdiniz?
- İlk 10-15 dəqiqədə çox çətinlik çəkdim. Çoxlu məşqlər də etsən, fiziki formada qalsan bu reallıqdır ki oyunun yerini heç nə verməz. Bu il ilk rəsmi oyunum çox çətin keçdi.
- Növbəti matçda “Zirə” ilə qarşılaşacaqsınız…
- “Zirə” çempionatın sürpriz komandasıdır. Yaxşı heyəti var. Qol silahları güclüdür və əks-hücumlarda yaxşı oynayırlar. Artıq 3 gündən bir oyuna çıxırıq. Həmin oyuna ciddi hazırlaşmalıyıq. Həm biz, həm də “Zirə” iddialı komandadır. Maraqlı bir oyun keçəcək.
- “Zirə”ni məğlub etsəniz, çempion olacağınızı söyləmək olar?
- Xeyr. Qıraqdan çətin görünə bilər. Bütün komandalar “Qarabağ”a qarşı ciddi hazırlaşırlar. Məncə, hələ bu haqda düşünmək tezdir.
saytlarin hazirlanmasi