"3 gündən bir oyun keçirmək çətindi"
“Qarabağ”ın müdafiəçisi Migel madera “Sumqayıt”la (2:0) matçdan sonra Sportal.az-a müsahibə verib
- Oyun haqda fikirləriniz?
- “Sumqayıt”ın bizə qarşı fərqli sistemlə oynayacağını bilirdik. Oyuna yaxşı köklənmişdik. İkinci hissədə təzyiqi artırdıq. Bu da hesabda əksini tapdı. Çətin qələbə qazandıq. Ona görə də mərhələ adladığımızı indidən deyə bilmərəm.
- Sizcə, bu hesab hər şeyi demir?
- 3 gündən bir oyun keçirmək çətindi. Martın 5-də çempionat, 9-da isə yenidən kubok oyununa çıxacağıq. Həm yaxşı istirahət etməliyik, həm də qidalanmalıyıq.
- Bu matçda tam gücünüzü sərf etmədiyini söyləmək olar?
- Oyun asan keçmədi. "Sumqayıt" fasiləyə qədər başabaş oyun nümayiş etdirdi. Biz bu mövsüm onları ilk dəfə məğlub etdik.
- Qurban Qurbanov start heyətində dəyişikliklər etmişdi. Bu, oyununuza təsir etdi?
- Məşqçimizin sərəncamında 24-25 futbolçu var və hər birimiz ilk “11-lik”də yer alacaq gücdəyik. Fikrimcə, oyunumuzda dəyişiklik yox idi.
- "Zirə" ilə oyun haqda nə söyləyə bilərsiniz?
- Digər komandalarla oyunlara hazırlaşdığımız kimi, yenə ciddi hazırlaşacağıq. Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq.
saytlarin hazirlanmasi