"Çalışdıq, amma məğlub olduq"
"Sumqayıt"ın qolkiperi Səlahət Ağayev "Qarabağ"la (2:0) matçdan sonra Sportal.az-a müsahibə verib.
- Bu mövsüm "Sumqayıt" "Qarabağ"a ilk dəfə məğlub oldu...
- “Qarabağ” güclü rəqibdi. Bu komandaya qarşı oynamaq çox çətindi. Bu matçda öz istədiyimiz oyunu sərgiləyə bilmədik.
- Sizcə, zəif çıxışınızın səbəbi nə idi?
- Bunun səbəbini heç özümüz də bilmirik. Hamı istəyir ki, yaxşı oynasın və qələbə qazansın. Çalışdıq, amma məğlub olduq.
- "Qarabağ" bu gün bir çox dəyişikliklərlə meydana çıxmışdı. Bundan istifadə etmək olamzdı?
- "Qarbağ"ın elə heyəti var ki, “11-lik”dən kimi çıxarıb, yerinə başqa futbolçu qoysan fərq hiss olunmayacaq. Orada əsas və ehtiyat heyət anlayışı yoxdur.
- Bu nəticədən sonra yarımfinala yüksəlmək üçün inamınız var?
- Futbolda ümid sonda ölür. Daha bir 90 dəqiqə bizi gözləyir. Sona qədər mübarizə aparacağıq. Cütün taleyinə Sumqayıtda aydınlıq gələcək.
- “Qarabağ”ın futbolçuları cavab matçının süni örtükdə keçiriləcəyini və bu amilin oyunlarına mənfi təsir edəcəyini deyiblər...
- Onlar süni, biz isə təbii örtüklü meydanda yaxşı oynaya bilmirik. Bütün futbolçular istəyiri ki, bütün stadionlar ideal vəziyyətdə olsun.
saytlarin hazirlanmasi