Qarşılaşma 29 mart tarixində baş tutar
"Qarabağ”la Türkiyənin "Qalatasaray” klubu arasında yoldaşlıq görüşü keçiriləcək.
Sportal.az musavat.com-a istinadən xəbər verir ki, görüşün bu ayın sonunda keçirilməsi nəzərdə tutulub.
Klubların mart ayının 29-da Bakıda yoldaşlıq görüşü keçirməsi ilə bağlı klub rəhbərlikləri arasında danışıqların olduğu və razılığa gəlindiyi bildirilir. Oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.
"Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlamasında belə bir görüşün baş tutması ehtimalının olduğunu təsdiqləyib. Lakin klub rəsmisi görüşün keçirilməsi ilə bağlı dəqiq məlumatın hələ ki olmadığını söyləyib.
saytlarin hazirlanmasi