"Sumqayıt"ın futbolçusu: "Komandaya çox can yandırdığım üçün tez-tez qırmızı vərəqə alıram" MÜSAHİBƏ

12:25 - 4 Mart 2016

"Məğlubiyyətin əvəzini mütləq çıxmalıyıq"
 
“Sumqayıt”ın müdafiəçisi Emin Mehdiyevin Sportal.az saytına müsahibəsi
 
- Kubok matçında "Qarabağ"a 2 - 0 hesabı ilə məğlub oldunuz...
- “Qarabağ” həmişə hücum futbolu oynayıb. Hər şey göz qabağında idi. Penalti epizodu ilə bağlı onu deyə bilərəm ki, hakim o qərarı verməyə də bilərdi. Bizim üçün hakim penalti verə bilərdi. Bəlkə də qol buraxmasaydıq qalib gələ bilərdik.
 
- Cavab oyununda iki qolun əvəzini çıxa biləcəksiniz?
- Əlbəttə. Buna məcburuq. İki qol buraxmışqısa, məğlubiyyətin əvəzini mütləq çıxmalıyıq.
 
- Tez-tez qırmızı vərəqə alırsan...
- Məncə, komandaya çox can yandırdığım üçün tez-tez qırmızı vərəqə alıram. İstəyirəm komandam qalib gəlsin. Oyunlara istəkli çıxıram. Hakimin qərarına hörmət etmək lazımdır.
 
- Hazırda kubokdan Avroliqaya yollanmaq asandı yoxsa çempionatdan?
- Məncə, çempionatdan. Əsas məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır. Bunu həyata keçirmək istəyirik.
 
- Növbəti matçınız “İnter”lədir...
- Qələbə. Qələbə. Yalnız Qələbə! Başqa heç nə fikirləşmirik. Çətin oyun olsa da, öhdəsindən gəlməliyik.

Xəbər xətti