"Oyunun gedişatı da bunu göstərdi"
Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Xəzər Lənkəran" əzəli rəqibi "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.
Bu barədə Sportal.az-a açıqlama verən "Xəzər Lənkəran"ın futbolçusu Vüqar Bəybalayev maraqlı fikirlər səsləndirib:
"Neftçi" ilə oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Oyunun gedişatı da bunu göstərdi. Ancaq, əsas odur ki, sonda qələbə qazanaraq azarkeşlərimizi sevindirə bildik. "Neftçi" ilə müqayisədə növbəti mərhələ şansımız bir az daha çoxdur. Çünki biz ilk oyunda qələbə qazanmışıq. Ancaq, hər şeyə ayın 9-u keçiriləcək matçdan sonra aydınlıq gələcək. Düşünürəm ki, bizim üçün ikinci matç daha çətin olacaq".
Premyer Liqann XXIV turu çərçivəsində sabah keçiriləcək "Xəzər Lənkəran" - AZAL matçı barədə də danışan Vüqar bunları qeyd edib:
"Neftçi" ilə matçda qələbə qazanmağımız bizə əlavə motivasiya verdi. Bu oyunda çətin keçəcək. Ancaq, meydana çıxıb əlimizdən gələni edəcəyik".
saytlarin hazirlanmasi