"Rəvan"dakı maliyyə probleminin səbəbi AFFA-dır ÖZƏL

01:00 - 5 Mart 2016

24 min manat ödənilməlidir
 
Son zamanlar maliyyə problemləri yaşayan "Rəvan" hazırda AFFA-dan pul gözləyir.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, bu mövsüm paytaxt klubunun 19 yaşlılardan ibarət komandası UEFA Gənclər Liqasında çıxış etdiyi üçün UEFA tərəfindən AFFA-nın hesabına 70 min manat pul köçürülüb.  AFFA isə bu pulun 46 minini "Rəvan" klubunun PFL-ə olan borcunu silib. Digər 24 min isə hələlik klubun hesabına keçməyib. "Rəvan" da futbolçulara maaşların verilməməsi kimi bunu səbəb göstərir.
 
Məsələ haqda ətraflı məlumat öyrənmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxlasaq da, o bu məsələ haqda ətraflı məlumatının olmamasını və yalnız Maliyyə və Mühasibatlıq Departamentindən məlumat öyrəndikdən sonra nəsə deyə biləcəyini dilə gətirib.

Xəbər xətti