"Bu qələbənin çempionluq üçün yetərli olduğunu düşünmürəm"
Premyer Liqamızın XXIV turunda "Qarabağ” doğma azarkeşləri önündə "Zirə” üzərində 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra Ağdam klubunun müdafiəçisi Ansi Aqolli jurnalistlərin suallarını cavablandırıb:
Sportal.az həmin müsahibəni təqdim edir:
- "Zirə”nin cari mövsümdəki çıxışı sizi təəccübləndirir?
- I Diviziondan gəldikləri üçün cari mövsümdəki uğurlu ıxışları təəccüblü idi. Amma onların uğurlu oyunlarının davamlı olması burada qeyri-adi bir şey olmadığını göstərir. "Zirə” həqiqətən də yaxşı komandadı.
- Bu qələbə "Qarabağ”ı çempionluğa nə qədər yaxınlaşdırdı?
- Bu oyunda 3 xal qazanmağımız vacib idi. Çünki "Zirə” əsas rəqiblərimizdən biridir. Bu qələbənin çempionluq üçün yetərli olduğunu düşünmürəm. Qarşıda çox oyunlarımız var. Həmin qarşılaşmalardan maksimum nəticələrlə ayrılmalıyıq.
- Mövsümün sonunda müqavilən başa çatır. Yeni müqavilə imzalamaq fikrin varmı?
- Hazırda bütün fikrimi "Qarabağ”ın oyunlarına yönəltmişəm. Hər oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Müqavilə ilə bağlı danışmaq üçün qarşıda çox vaxtımız var.
- Ümumiyyətlə, karyeranı "Qarabağ”da başa vurmağın mümkündümü?
- Artıq 6 ildi burdayam. Niyə də karyeramı "Qarabağ"da başa vurmayım?
- Geridə qalan 6 ildə nə qazanmısan?
- Burada qazandıqlarımı saymağa başlasam, səhərə qədər danışarıq.
saytlarin hazirlanmasi