Maksim Medvedev: "Belə sözlər eşidəndə, hamımız bir qulaqdan alıb, digərindən buraxırıq" MÜSAHİBƏ

02:13 - 6 Mart 2016

"Demək olmaz ki, bu dəqiqə onları zərərsizləşdirmişik"
 
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev "Zirə" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Premyer Liqanın turnir cədvəlində ilk sırada yer alan iki klub, “Qarabağ” və “Zirə” qarşılaşdı.  Liderlərinin qarşılaşması necə keçdi?
- Hər iki klub üçün çox vacib bir matç idi. “Zirə” tunrir cədvəlində bizə çox yaxınlaşmışdı.  Bu qarşılaşmada hər şey etməliydik ki, onlarla aramızdakı xal fərqini artıraq. Çünki özümüzə turnir cədvəlində “komfort” yer təşkil etmək istəyirik. 
 
- Oyununuz istədiyiniz kimi alındı?
- Əgər 2 qol vurmuşuqsa, deməli yaxşı alındı.  Ümumiyyətlə qol vurmaq üçün imkanlarımız çox oldu. Düşünürəm ki, oyun baxımından üstün futbol göstərdik. 
 
- Erkən qol vursanız da, ikinci qolu azarkeşlər çox gözləməli oldu.
- İlk qolun belə tez vurulacağını heç özümüz də gözləmirdik. Çünki matçın çətin keçəcəyini düşünürdük. Amma bu futboldur. Hamı səhv edə bilər. Əsas odur ki, bu səhvi bizim rəqibimiz etdi və biz bundan yararlandıq. İkinci qolun gec vurulmağına gəldikdə isə, çox epizodlar oldu. Amma yararlana bilmədik. Matçın sonunda isə bəxtimiz gətirdi və çox gözəl kombinasya ilə ikinci qolu vurduq. 
 
- Deyə bilərik ki, əsas rəqiblərinizdən birini zərərsizləşdirdiz?
- Hələ çox oyun var. Demək olmaz ki, bu dəqiqə onları zərərsizləşdirmişik.  Amma düşünürəm ki, bu matçda “Zirə”dən üç xal almışıqsa, gələcək görüşlərdə bizim üçün böyük üstünlük olacaq. 
 
- "Zirə” ikinci pillədə olsa da, “Qarabağ” oyunboyu üstün oynadı. 
- "Qarabağ” öz meydanında oynayırdı. Üstəlik “Qarabağ”ın bütün futbolçuları sağlamdı, öz formalarındadırlar. Ancaq “Zirə”də heyət cəhətdən problemlər var idi. Əsas futbolçularından olan Yovan Krneta da meydana çıxmamışdı. Ola bilsin ki, həm də “Zirə” də süni meydanda oynamağa öyrəşib. Bizdə  təbii ot örtüyü olduğundan oyunları alınmırdı. 
 
- Bəlkə “Qarabağ” 4 xallıq fərqdən çəkinib "Zirə”yə heç cürə güzəştə getmədi?
- Rəqibi yaxşı analiz etmişdik. Çalışırdıq ki, oyunumuzu müdafiədən quraq. Bilirdik ki,  “Zirə” necə durumlardan istifadə edir. Onlar rəqiblərini əsasən əks-hücumlarda yaxalamağa çalışır. Ona görə də künc zərbələri zamanı müdafiədə üç nəfər saxlayırdıq ki, birdən əks-hücumda bizi tutarlar. Fikrimcə, məşqçilər heyətimiz rəqibi yaxşı analiz edib, bizə yaxşı məlumat vermişdilər.
 
- Turnir cədvəlinin ilk sıralarına elə də sıxlıq yoxdur. “Qarabağ” artıq vahid liderdir. Çempionluq haqqında düşünmək olar indidən?
- Hələ çox oyun var. Riyazı cəhətdən götürsək, mövsümü altıncı pillədə də başa vura bilərik. Ona görə də çempionluqda danışmaq tezdi. Çempionatın sonuna yaxın danışmaq olar. 
 
- Fikrincə, keçən ilki, uğuru təkrarlaya biləcəksiz?
- Çalışacağıq ki, bunu edək. 
 
- Ötən mövsümün sonlarına doğru da hamı “Qarabağ”ı çempion kii görürdü. Və siz bildirmişdiniz ki, bu bizə psixoloji təsir edir, məsuliyyət altına atır. İndi necə, sona doğru komandada gərginlik varmı?
- Bəzi adamlar başlayıb danışmağa ki, “Qarabağ” yenə çempion olacaq. Biz bu sahədə artıq təcrübə toplamışıq. Bilirik ki, bu cür söhbətlər komandanı ruhdan salır. Ona gorə də, belə sözlər eşidəndə, hamımız bir qulaqdan alıb, digərindən buraxırıq. Biz işimizlə axıra kimi məşğul olacağıq. Son oyuna kimi də nəticədən asılı olmayaraq xal qazanmağa çalışacağıq.  
 
- Bu günki gündə “Qarabağ”ı dayandıra biləcək, onun gücündə komanda var?
- Var. Məncə, “Qəbələ”, “Neftçi” də “Qarabağ” gücündə komandadı. Baxmayaraq ki, “Neftçi” yeddinci pillədədir, onlarla oyunlarımız hər zaman çətin alınır. Əgər “Sumqayıt” bizə öz meydanında qalib gələ bilirsə, deməli istənilən komanda da bizə qalib gələ bilər. Demək olmaz ki, “Qarabağ” bu dəqiqə heç kimə uduzmayacaq. Ola bilər ki, uduzaq, və ya əksinə qələbə qazanaq.
 
-  Oyundan öncə gözlənilirdi ki, “Qarabağ” – “Zirə” görüşü çətin mübarizə şəraitində keçəcək...
- "Qarabağ”a qarşı bütün komandalar beş müdafiəçilə oynayır. Otururlar müdafiəyə və ora daxil olmaq çətin olur. Amma bu gün “Zirə” açıq futbol oynadı. Bizim də qol epzidolarımız oldu. Ətrafdan “Zirə”nin zəif çıxış etdiyi görünə bilər. Hər oyunu eyni tempdə oynamaq olmaz. Ola bilər ki, erkən qol da “Zirə”ni psixoloji olaraq yıxdı.
 
- Söz-söhbət var ki, “Qarabağ” martın sonlarına yaxın Türkiyənin “Qalatasaray” klubu ilə yoldaşlıq görüşü keçirəcək.
- Bu oyun haqqında heç nə eşitməmişdim. Keçən dəfə otaq yoldaşım Ansi Aqolli dedi ki, “Qalatasaray”la oyun var. Sonradan məlumat verdilər ki, boş söhbətdir. 
 
- “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl də məlumatı təsdiqləyib. Bildirib ki, məsələ ilə bağlı danışıqlar gedir.
- Alınsa oynayarıq da. Ola bilsin ki, hansısa münasibətlə təşkil olunur bu oyun. Amma mənim xəbərim yoxdur bu haqda.

Xəbər xətti