Şahin Diniyev: "İlk hissədə nəticəni həll etmişdik"

18:31 - 6 Mart 2016

"Üstümüzdə böyük yük var idi"
 
Azərbaycan Premyer Liqasının XXIV turuna yekun vurulub.
 
"Kəpəz” səfərdə "Rəvan”ı 3-1 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev qarşılaşmanı şərh edib:
 
"Üstümüzdə böyük yük var idi. Düşünürəm ki, oyunu düzgün qurduq. İlk hissədə nəticəni həll etmişdik. İkinci hissədə bəzi oyunçulara şans verdim. Budaqı sarı vərəqəsi olduğuna görə, Tadası isə Eyyub Əliyevin debüt etməsinə görə dəyişdim. Hesab 3 - 1 olandan sonra həyəcan keçirdim. Çünki, "Rəvan” əks hücumlarda yaxşı oynayan koandadı. Hesabı qoruya bildiyimizə görə sevinirəm.  Tural Axundovun yoxluğu oyunumuza təsir etdi. Məcburən Şəhriyar Əliyevi onun yerində oynatmışdım. Öz mövqeyində oynamadığı üçün istənilən futbolu sərgiləyə bilmədi. Bəzi səhvlər etdi. Ona görə də, ona etiraz etdim”.

Xəbər xətti