24-cü tur
Azərbaycan Premyer Liqasının 24-cü turu keçirilən 5 matçla arxada qalıb.
Sportal.az xəbər verir ki, 5 matçı stadiondan ümumilikdə 8 min 580 azarkeş izləyib. Ən çox azarkeş isə Lənkəranda qeydə alınıb. Belə ki, "Xəzər Lənkəran" - AZAL (0:1) matçında 3 min 900 izləyici olub. İkinci ən çox azarkeş toplayan matç isə 2200 fanatla "Qarabağ" - "Zirə" (2:0) qarşılaşması olub.
"Sumqayıt" - "İnter" (0:1) oyununda 1400, "Neftçi" - "Qəbələ" (1:2) qarşılaşmasında 1000, "Rəvan" - "Kəpəz" (1:3) matçında isə 80 izləyici qeydə alınıb.
saytlarin hazirlanmasi