Abbas Hüseynov: "Məşqçinin göstərdiyi etimadı doğrultmağa çalışıram" MÜSAHİBƏ

14:55 - 7 Mart 2016

"Çalışıram ki, yerimi möhkəmləndirim"
 
"Sumqayıt"ın müdafiəçisi Abbas Hüseynov Sportal.az saytına müsahibə verib.
 
- “Sumqayıt”a qalib gəldiniz...
- Çox çətin oyun oldu. Əziyyətimiz hədər olmadı. Çox sevinirik ki, 3 xal bizim oldu. Amma bu, bizə elə də asan başa gəlmədi.
 
- İlk dövrədə “Sumqayıt” “İnter”ə 38 dəqiqə ərzində 3 qol vurmuşdu...
- Həmin məğlubiyyətin əvəzini çıxdıq. Bu oyunda səhvə yol vermədik. Hesabı qoruya bildik. “Rəvan”la oyunda da yaxşı oynamışdıq. Amma hesabı qoruya bilməmişdik.
 
- Nizami Hacıyev kapitanlıq bazubəndinə yiyələndikdən sonra qollarını sıralayır...
- Bəli, Nizami Hacıyev kapitan kimi komandanı irəli aparır. Fikrimcə, Hacıyev milli komandaya layiq futbolçudur və təlim-məşq toplanışına dəvət alacaq. Məşqçilər heyəti və biz futbolçular Nizamiyə inanırıq. İnşallah növbəti oyunda da qol vurar.
 
- “Sumqayıt” son 15 dəqiqədə təzyiqi artırdı. “Qarabağ”la oyundakı aqibətin təkrarlanacağından qorxmurdunuz?
- Düzdür. “Sumqayıt” bizi çox sıxışdırmışdı. Amma biz də müdafiədə səliqəli oynadıq.
 
- Öz oyununu necə dəyərləndirirsən?
- Çalışıram ki, yerimi möhkəmləndirim.  Məşqçinin göstərdiyi etimadı doğrultmağa çalışıram. İnşallah daha da yaxşı oynayacam.
 
- Kubok oyununda "Rəvan"la revanş matçı haqda nə düşünürsən?
- Bütün gücümüzü ortaya qoymalıyıq. Növbəti mərhələyə yüksəlmək üçün istədiyimiz hesabı əldə etməliyik.

Xəbər xətti