Hakimlər briqadasını təhqir etdi...
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Sportal.az sizi həmin qərarlarla tanış edir:
Azərbaycan Kubokunun 1/4 mərhələsinin “Rəvan” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Azərbaycan Kubokunun 1/4 mərhələsinin “Xəzər Lənkəran” – “Neftçi” matçının 1-ci hissəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur.
Azərbaycan Kubokunun 1/4 mərhələsinin “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov meydançaya daxil olaraq hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 5000 manat cərimə olunur.
Premyer Liqanın XXIV turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qəbələ” matçının 80-cı dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jario Rodrigeskobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.
Əvəzedici heyətlərin XXIV turunun “Neftçi” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun “Sumqayıt” – “İnter” matçında “İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 87-ci dəqiqəsində “İnter” klubunun 9 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Əvəzedici heyətlərin XXIV turunun “Rəvan” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
saytlarin hazirlanmasi