"Rəşad Sadıqovun davamçısı olmaq istəyirəm" MÜSAHİBƏ

00:08 - 8 Mart 2016

"İndiki vəziyyətdə yorğunluğu nəzərə almırıq"
 
"Kəpəz”in futbolçusu Tərlan Quliyevin "Rəvan"la oyundan sonra Sportal.az-a müsahibəsi: 
 
- "Rəvan”a 3:1 hesabı ilə qalib gəldiniz...
- Çox çətin oyun oldu.  İlk hissə bizim üçün çətin oldu. "Rəvan”la qarşılaşmanın çətin olacağını bilirdik. Rəqib döyüşkən komandadı. Əbəs yerə "İnter”ə qalib gəlmədilər.3-cü qoldan sonra komandada biraz boşluq yarandı.  Oyun istədiyimiz kimi başa çatdı.
 
- "Rəvan”a yuxarıdan aşağı baxmırdınız?
- Bizim "Rəvan”a yuxarıdan aşağı baxmağa haqqımız yoxdur. Yeni yaranmış komandayıq. Fikrimcə "Rəvan” dişimizə görə komanda idi. 
 
- Turnir cədvəlində 5-ci pillədəsiniz. Avorliqa şansınız nə qədərdi?
- Avroliqaya 6-7 komanda namizəddi. Komandalardan kim güclüdüsə, kimin bəxti gətirəcəksə Avroliqaya gedəcək. Biz də bunun üçün tər tökəcəyik. Şansımız yüksəkdir. İkinci dövrədə yaxşı futbol sərgiləyirik. "Qarabağ” və "İnter”ə məğlub olduğumuz matçlarda da asanlıqla tabe olmamışıq. Önümüzdəki oyunlarda maksimum qələbə qazanmalıyıq. Əldə etdiyimiz nəticələrə görə Avroliqaya yollanmaq istəyirik.
 
- Gəncə stadionunun durumu yaxşı olmadığı üçün hazırlıqlarınızı Bakıda və Yevlaxda keçirirsiniz. Bu, sizdə yol yorğunluğu yaratmır?
- Açığı, yorğunluq olur. Bazamızın olmaması bizə çətinlik yaradır. İndiki vəziyyətdə yorğunluğu nəzərə almırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırq. 
 
- Növbəti turda "Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Cənub klubuna qarşı oyun haqqında nə deyə bilərsiniz?
- "Xəzər Lənkəran” yaxşı komandadı. Çempionatda asan rəqib yoxdur. Oyuna qələbə qazanmaq üçün çıxacağıq.
 
- Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu oyundan sonra paltardəyişmə otağına  daxil oldu. Sizə nə dedi?
- Aylıq maaşımızda 1 həftə gecikmə olmuşdu. Mikayıl müəllim bizə bildirdi ki, rəhbərlik xaricdədi, onların gəlişindən sonra maaşlarımız veriləcək. 
 
- Oyununda sanki Rəşad Sadıqov stili var. Bu nədən irəli gəlir?
- Rəşadın oynadığı futbol göz qabağındadır. Ondan nəsə öyrənmək olar. Necə ki, onun təcrübəsindən yararlanıram da. "Qarabağ”da olanda ondan məsləhət alırdım. Niyyətim özümü Rəşad Sadıqova bənzətmək deyil. 
 
- Rəşadın davamçısı olmaq istəyirsənmi?
 -Əlbəttə, istəyirəm. 

Xəbər xətti