Elnur Məmmədovun "əl işi" - Sadıq Sadıqovun daha bir adamı "Neftçi"dən gedəcək ÖZƏL

10:29 - 8 Mart 2016

Məmmədəli Məmmədov onunla işləmək istəmir

 

“Neftçi”nin indiki halına acıyanların çoxu ən köklü klubun ortababa çevrilməsində Çingiz Abdullayevi günahkar görsələr də, əsində, klubun problemləri daha əvvəldən, Elnur Məmmədovun düşərgəyə ayaq basmasıyla başlamışdı. Altdan-altdan iş görən Məmmədov mövqelərini o qədər bərkitdi ki, indi “Neftçi”də əsas söz sahibi odur. Problem ondadır ki, Məmmədov “Neftçi”də futboldan başqa nəylə desən məşğuldu. Ki, bu da təəccüblü deyil. Çünki bu adamın bu günə qədər klub idarəçilyi ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayıb. Bu işi bilmir və belə görünür ki, heç öyrənmək də istəmir.

 

Əvəzində “Neftçi”yə gəldiyi ilk gündən başladığı işlə məşğuldu. Hər yerdə düşmən axtarışına çıxan gənc idarəçinin “qara siyahı”sına bu dəfə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun direktoru Məmmədəli Məmmədov düşüb. Stadion “Neftçi”nin balansına keçdikdən sonra Elnur Məmmədov hər vəchlə stadion direktorunun işinə əngəllər yaratmağa çalışır. Bunun səbəbi hər ikisinə yaxşı aydındır. Məmmədəli Məmmədov “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqovun adamı olduğu üçün hadisələrin belə gedişi gözlənilən idi. Əldə etdiyimiz bilgiyə görə, artıq bu iki şəxs arasında bir neçə dəfə fikir ayrılığı yaranıb. O da məlumdur ki, mart ayının sonlarında stadion direktoru tutduğu vəzifədən gedəcək.  Məmmədəli Məmmədov artıq anlayıb ki, Elnur Məmmədov kimi birisi ilə işbirliyi alınmayacaq.

Xəbər xətti