"Məğlubedilməz komanda yoxdur"
"Zirə"nin futbolçusu Adil Nağıyev Sportal.az-ın suallarını cavablandırıb:
- Sabah “Qəbələ” ilə cavab oyununa çıxacaqsınız. İlk oyundakı məğlubiyyətdən sonar növbəti mərhələ şanslarını necə dəyərləndirirsən?
- İlk oyunda məğlub olsaq da,hər şey sabahkı oyunda həll olunacaq. Biz yalnız qələbə üçün meydana çıxacağıq. Mərhələni adlamaq üçün əlimizdən gələni edəcəyik.
- Ardıcıl iki oyundur məğlub olursunuz. Komandada ruh düşkünlüyü yoxdurki?
- Biz hər iki oyunu çətin rəqiblərə qarşı oynadıq və məğlub olduq. Məğlubedilməz komanda yoxdur. 2 oyun məğlub olsaq da, çalışacağıq ki bu matçda qələbə qazanaq.
- 4 gün ərzində iki dəfə “Qəbələ” ilə qarşılaşacaqsınız. Bunun sizin üçün mənfi və müsbət cəhətləri nələrdir?
- “Qəbələ” ilə bu iki oyun bizim üçün çox vacibdir. Kubokda məğlub edib mərhələ adlamaq istəyiriksə, çempionatda qələbə qazanıb xal fərqini artırmaq istəyirik.
- “Qarabağ”a məğlubiyyətdən sonra “Qəbələ” sizlə xal fərqini azaldıb. Çempionatdakı “Qəbələ” ilə matçı sizin üçün final hesab etmək olar?
- Məncə, indidən bu haqda nəsə demək düzgün deyil. Çünki, qarşıda hələ 12 tur var. Biz “Qəbələ”ni məğlub edib xal fərqini artırmaq istəyirik. Çünki, bizdən 3 xal geridirlər. Biz qələbə qazansaq belə, rahatlaşmaq olmaz. Futbolda hər şey ola bilər.
- Son oyunlarda ehtiyatdan meydana daxil olursan. Bunun səbəbini nədə görürsən və bu barədə baş məşqçi ilə söhbətin olub?
- Baş məşqçi ilə söhbətim olmayıb. Bunu səbəbini məşqçi daha yaxşı bilər. Yəqin, hardasa nəyisə düzgün eləmirəm. Çalışmalıyam ki, səhvlərimi düzəldim və yenidən əsas heyətdə yer ala bilim.
- Çempionatın bitməsinə 12 tur qalıb. Bu turlarda “Zirə”nin qarşısına qoyduğu məqsəd nədir?
- Qarşımızdakı əsas məqsəd odur ki, bütün matçlarda yaxşı nəticə qazanaq və çempionatı yüksək yerlərdə bitirək. Bura kimi gəlmişiksə, bundan sonra da yaxşı oynayıb istədiyimiz nəticələri qazanmalıyıq.
saytlarin hazirlanmasi