İllik hesabat
AFFA-nın 2015-ci ildəki fəaliyyətinin maliyyə hesabatı məlum olub.
Sportal.az xəbər verir ki, bu gün keçirilən qurumun növbəti Hesabat-Seçki konfransında xərclərin 18 milyon 249 min 900 manat olduğu açıqlanıb.
Bunun 12 milyon 900 min manatı baş sponsor ARDNŞ-dan, digər 5 milyon 349 min 900 manatı isə atribut, bilet satışı, reklam, UEFA, FİFA-dan və sairdən əldə olunub.
Həmin pulların 7 milyon 326 min 217 manatı milli komandalara, 51 min 136 manatı "Cross Culture” layihəsinə, 263 min 77 manatı Marketinq və Reklamlar Departamentinə, 144 min 150 manatı tədrisə, 229 min 551 manatı nəqliyyat xərclərinə, 199 min 594 min manatı daşınmaz əmlakın icarəsinə, 521 min 402 manatı təsərrüfat xərclərinə, 1 milyon 861 min 174 manatı hakimlər və hakim-inspektorlara, 215 min 780 mini kommunal və rabitə xərclərinə, 146 min 897 min manatı "Futbol dünyası” qəzetinə, 2 milyon 916 min 380 manatı əmək haqqı və ezamiyyə xərclərinə sərf olunub. Həmçinin, 627 min 179 manatı DSMF-ə, 340 min 988 min manatı aviabilet və hotel xərclərinə, 70 min 43 manatı "Futbol Bakcell ilə” layihəsinə, 1 milyon 714 min 865 manatı üşaq və gənclər futbolunun inkişafına, 275 min 782 manatı "Elit Məşq” layihəsinə 937 min 237 manatı oyunların təşkilinə xərclənib. Digər xərclərə isə 426 min 27 manat sərf olunub.