Elmar Məmmədyarov: "Qarabağ" və "Qəbələ"nin oyunu xoşuma gəlir"

13:27 - 11 Mart 2016

"Planlardan indidən danışmaq hələ tezdir"
 
İcraiyyə Komitəsinin yeni tərkibinə xarici işlər naziri Elmar Məmmədyarov da seçilib. Onun namizədliyini Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi irəli sürüb.
 
Elmar Məmmədyarov bu barədə Sportal.az saytına açıqlama verib:
 
"Bu mənim üçün çox böyük şərəfdir. İnanıram ki, Azərbaycan futbolunun inkişafında köməyimiz dəyəcək. Planlardan indidən danışmaq hələ tezdir. Çünki təzə seçildim. Rövnəq Abdullayev təklif etmişdi ki, gəl, futbolun nüfuzunu qaldıraq. Mən futbolun azarkeşiyəm. “Qarabağ” və “Qəbələ”nin oyunu xoşuma gəlir. “Neftçi” əvəllər yaxşı oynayırdı. Amma indi çətinlik çəkir. Ümumilikdə, öz futbolumuzun həvəskarıyam".
 
Elmar Məmmədyarov klublarımızın inkişafı haqda da qısaca danışıb:
 
"Son zamanlar həqiqətəndə inkişaf var. Artıq “Qarabağ” və “Qəbələ” Avroliqa turnirində iştirak ediblər. Amma bir az təcrübə lazımdır. Bu il artıq klublarımızı Çempionlar Liqasında görəcəyik".

Xəbər xətti