Qurban Qurbanov: "Hiss edirəm ki, daha məsuliyyətli yerdəyəm"

14:19 - 11 Mart 2016

"Mən özüm də komitəyə faydalı olmaq istəyirəm"
 
İcraiyyə Komitəsinin yeni tərkibinə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da seçilib. Onun Peşəkar Futbol Liqasına namizədliyini "Qarbağ" FK irəli sürüb.
 
Qurban Qurbanov bu barədə Sportal.az saytına açıqlama verib:
 
- Artıq bu gündən hiss edirəm ki, daha məsuliyyətli yerdəyəm. Hansı ki, burada futbolumuzun inkişafı üçün müzakirələr olacaq. Bəzi qərarlar olacaq. Bu qərarlarda çalışmalıyıq ki, doğru olaq. Azərbaycan futbolunun inkişafı üçün çalışmalıyıq. İlk görüş çox maraqlı alındı. Hər bir sahədən insanlar var idi. Bu, vacib məsələ idi. Çalışmalıyıq ki, düzgün qərarlar verək. Mən özüm də komitəyə faydalı olmaq istəyirəm.
 
- Siz ilk dəfədir ki, belə vəzifədə çalışacaqsınız. Sizə bu işi AFFA təklif etdi, yoxsa klub?
- Klub olaraq mütəmadi olaraq AFFA rəhbərliyi ilə görüşlərimiz tez-tez olur. Bu, birdən-birə baş vermədi. Bəzən belə söz-söhbətlər olurdu. Mənə bildirilirdi ki, İcaraiyyə Komitəsində olsan faydalı olar. Belə desək, həm AFFA, həm də klubumuz tərəfindən.

Xəbər xətti