"Rəvan"ın futbolçusu: "Son pillədən canımızı qurtarmaq istəyirik" MÜSAHİBƏ

14:38 - 12 Mart 2016

"Fikrimizi çempionata cəmləməliyik"
 
"Rəvan"ın müdafiəçisi Ruslan Tağızadənin Sportal.az saytına müsahibəsi
 
- “İnter”lə matçda mərhələni dayandırdınız...
- Oyuna ciddi hazırlaşmışdıq. Çünki ilk oyunda 2 – 1 hesabı ilə qələbə qazanmışdıq. Ancaq cavab oyununda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Artıq diqqətimizi çempionata kökləyəcəyik ki, son pillədən xilas olaq.
 
- 3 – 0 hesablı məğlubiyyətin səbəblərini nədə görürsünüz?
- “İnter”in kollektivi göz qabağındadır. İlk qolu buraxandan sonra qələbə inamımız sanki yox oldu. İkinci hissədə çox çalışdıq, amma alınmadı. “İnter”ə növbəti mərhələdə uğurlar arzulayıram.
 
- Bəhmən Həsənov mətbuat konfransında bildirmişdi ki, “İnter”i meydanda ot qarışıq yeyəcəyik...
- Oyuna çox istəkli çıxmışdıq. İstəyirdik ki, məşqçimizi sevindirək. Oyunumuz alınmadı. İlk oyunda yaxşı oynamışdıq. Cavab matçında istədiyimiz oyunu sərgiləyə bilmədik.
 
- Bəhmən Həsənov bildirdi ki, futbolçular məni məyus etdi...
- Düzdür. Başqa nə deyə bilərik?
 
- Bəs, çempionatla bağlı nə deyə bilərsiz?
- Fikrimizi çempionata cəmləməliyik. Son pillədən canımızı qurtarmaq istəyirik.

Xəbər xətti