Premyer Liqamızda yeni bombardir

00:07 - 14 Mart 2016

Bonilla rəqiblərini qabaqladı
 
Premyer Liqanın bombardirlər siyahısında dəyişiklik baş verib.
 
Sportal.az xəbər verir ki, “Zirə”nin hücumçusu Nelson Bonilla “Qəbələ”yə qalib gəldikləri oyunda (2:1) dubl edərək Premyer Liqadakı qollarını sayını 10-a çatdırıb və liderliyə yüksəlib. O, bu qollarla "Qarabağ"lı Riçard Almeydanı qabaqlayaraq bombardirlik siyahısında liderliyi ələ keçirib.
 
Hazırda bombardirlər siyahısında vəziyyət belədir:
 
Nelson Bonilla ("Zirə") - 10 qol
Riçard Almeyda ("Qarabağ") - 8 qol
Ruslan Qurbanov ("Neftçi") -7 qol
Dani ("Qarabağ") - 7 qol
Aleksey Antonov ("Qəbələ") - 7 qol
Amil Yunanov ("Sumqayıt") - 6 qol
Samuel Armenteros ("Qarabağ") -6 qol

Xəbər xətti