Nikolas Kanales: "Əvvəlki komanda ilə müqayisədə fərq böyükdü" MÜSAHİBƏ

12:02 - 14 Mart 2016

"Onlar üçün darıxıram"

 

Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə AZAL-ın qonağı olan "Neftçi" 1:1 hesablı heç-heçə edib.

 

Oyundan sonra qonaqların yeganə qolunun müəllifi Nikolas Kanales Sportal.az-a müsahibə verib:

 

 

- Oyunla və vurduğun qolla bağlı nə deyə bilərsən?
- Qol vurduğuma görə şadam. Çünki 6-7 ay idi ki, fərqlənə bilmirdim. Bu da mənim üçün çox sıxıcı idi. Nəticə bizim üçün gözlənilməz oldu. Matç ərzində bizim qol vurub, qələbə qazanmaq üçün şansımız çox idi. Heç-heçə yaxşı nəticə deyil.

 

- Süni meydan amili əksər hallarda qonaq komandanın zərərinə işləyir. Bunu hiss etdinizmi?
- Şəxsən mənim üçün problem deyildi. Komandamız xeyli qol şans əldə etdi. Meydan amili, bəlkə də, 1-2 faiz AZAL-ın xeyrinə üstünlük yaratdı.

 

- Vurduğun qolla geri dönüş mesajı verdiyini demək olarmı?
- Niyə də yox? Oyun ərzində fərqlənə biləcəyim yeganə şans idi və bundan da istifadə etdim.

 

- “Neftçi” həmişə ilk pillələrdə yer alıb. Bakıya qayıdıb, komandanı yeddinci pillədə gördün. Bu, sənin üçün təəccüblü olmadı?
- Əvvəlki komanda ilə müqayisədə fərq böyükdü. Ancaq futbolçular buna alışmalıdılar. Çünki bu problem təkcə “Neftçi”də deyil. Maliyyə problemi ölkənin bütün sahələri ilə bağlıdı.

 

- Bu gün meydanda Vobayı və ya Flavinyonuu axtardınmı?
- Onlar üçün darıxıram. İki il ardıcıl olaraq, bir komandada çıxış etmişik.

 

- Fərqlənməklə klubun yubiley qolunun müəllifi olduğunu bilirsən?
- Ümid edirəm ki, növbəti qolları da vuracağıq.

 

- Komandanın mükafatçılar sırasına düşmək şansını necə dəyərləndirirsən?
- Bütün şanslarımızı dəyərləndirməliyik. Çempionluq üçün mübarizə aparmağın çətin olacağı məlumdu. Liqada durumumuzun yaxşı olmadığını bilirik, buna görə də kubokda finala yüksəlməli, sonda qalib gəlməliyik.

Xəbər xətti