"Bu arenada oyun keçirmək bir az ağırdı"
“Qarabağ”ın futbolçusu Qara Qarayev “Sumqayıt” 0 – 2 “Qarabağ” oyunundan sonra Sportal.az saytına müsahibə verib
- Rəqibinizi artıq 3-cü dəfə məğlub etdiniz...
- Bu oyuna da yaxşı köklənmişdik. Əsas hədəfimiz 3 xal idi. Şükürlər olsun ki, bunu da bacardıq. Çox da danışmağa ehtiyac yoxdur. “Sumqayıt” gənc futbolçulardan ibarət komandadır. Yaxşı kollektivləri var və onların uğurları qarşıdadır.
- “Sumqayıt”a qarşı son 10 gündə 3 oyun keçirməkdən yorulmadınız?
- Stadion amilini deyə bilərəm. Bu arenada oyun keçirmək bir az ağırdı. Belə bir o qədər yorucu olmadı.
- Turnir cədvəlinə baxanda necə hisslər keçirirsiniz?
- Çalışıram ki, cədvələ baxmayım. Ancaq rəqiblərimiz haqda fikirləşirəm.Biz ancaq öz işimizi görürük. Turnir cədvəlinə baxmağa ehtiyac yoxdu.
- “Qəbələ” 5 – 1 hesabı ilə darmadağın etdiyi “Zirə”yə bu tur 2 – 1 hesabı ilə məğlub oldu...
- Xəbərim oldu. Özünüz də görürsünüz ki, çempionatımız maraqlı keçir. Bu oyunun nəticəsindən dərs çıxarmalıyıq. Çünki bütün komandalar bir-birini məğlub etmək gücündədir.
- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız...
- “Qəbələ” çalışacaq ki, “Zirə”yə məğlubiyyətin əvəzini “Qarabağ”dan çıxsın. Onlar bizə qarşı aqressiv oynayacaqlar. Bu da bizim işimizi çətinləşdirəcək.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi