Söz mübahisəsi yumruqla başa çatdı
"Kəpəz"in "Xəzər Lənkəran"la oyunöncəsi son məşqində qalmaqal yaşanıb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, oyunöncəsi son məşqdə "Kəpəz" azarkeşlərindən ibarət "Xəmsə" fan klubunun rəhbəri Adil Məmmədov da məşqi izləyənlər arasında olub. Fan klub rəhbərinin orda olması klubun lisenziyalaşdırma departamentinin rəhbəri Nofəl Əzizovun xoşuna gəlməyib və onun üzərinə gedərək "5 il əvvəl pankart açmışdın, böyük klub, kiçik hədəf, indi nəyə gəlirsən komandanın məşqlərinə?" ifadəsini işlədib. Söz mübahisəsi getdikcə böyüyüb, hətta bizdə olan məlumata görə klub rəsmisi fan klub rəhbərinə yumruq vurmaqdan da çəkinməyib.
Qeyd edək ki, klubun rəsmi saytının yaydığı məlumatda həmin məşqin azarkeşlər üçün açıq xarakter daşıdığı bildirilib, açıq məşqdə klub rəsmisinin azarkeşlə belə davranması xoş deyil.
Bu məsələ ilə bağlı hər iki tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
saytlarin hazirlanmasi