AFFA "Zirə"nin məşqçisini və "Sumqayıt"ı cəzalandırdı

15:36 - 15 Mart 2016

Komitənin qərarları
 
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:.

Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “İnter” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
 
Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
 
Azərbaycan Premyer Liqasının XXV turunun “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.      
 
Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.
 
Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.   
 
Əvəzedici heyətlərin XXV turunun AZAL – “Neftçi” matçında AZAL  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Xəbər xətti