- Erkən qollar sizi ruhdan saldı?
- Oyuna pis başlamadıq, top saxlamağa çalışırdıq, hardasa alınırdı. Ancaq erkən qollar, özü də ardıcıl vurulması, demək olar ki, bizi ruhdan saldı. Bu da oyunun taleyini həll etdi.
- Yanvara qədər göstərdiyiniz oyunlardan əsər-əlamət yoxdu. Komandada nə baş verdi? Problem nədir?
- Vallah nə deyim, hər oyun əlimdən gələni etməyə çalışıram. Bacardığımı edirəm. Tək nə edə bilərəm? 11 nəfəri aldadıb qol vura bilmərəm axı. Hər dəfə meydana çıxanda məqsədim komandama xeyir vermək olur. Ardıcıl oyunlarda qalib gələ bilməməyimizə görə eniş var. Bir qələbə olsa, uğursuzluq zolağından çıxarıq. Növbəti tur “Rəvan”ı məğlub edəcəyik.
- Qış fasiləsində heyətə Rasim Ramaldanov, Səlahət Ağayev, Vaqif Cavadov qoşuldu. Daha yaxşı çıxış edəcəyiniz gözlənilirdi, əksinə oldu.
- Komandaya təzə gələn futbolçuların hamısı təcrübəlidi. Onlar komandaya çox xeyir verə bilərlər. Heyətimiz daha da gücləndi. Sadəcə, oyunumuz alınmır. Hardasa şanssızlıq da var. Yenə deyirəm, məncə, bir qələbə qazansaq, davamını gətirəcəyik. Gələn tur “Rəvan”ı udub “qara zolaq”dan çıxacağıq.
- “Rəvan”a qalib gələcəyinizdən əminsən?
- Əlbəttə. inşallah.