Rail Məlikov: "O sözü deyənin özünün küçə insanı olduğunu sübut etdik" MÜSAHİBƏ

16:30 - 16 Mart 2016

"Rəhbərlik bayrama qədər bizi sevindirəcəyinə söz verib"
 
AZAL-ın kapitanı Rail Məlikovun Sportal.az saytına müsahibəsi:
 
- “Neftçi” ilə oyunda hesabı qoruya bilmədiniz. AZAL-ın hazırki çıxışı haqda nə söyləyə bilərsiniz?
- “Neftçi” bu mövsüm bizi məğlub edə bilmədi. Bəzən deyirlər ki, AZAL “Neftçi”yə məğlub olmadı. Elə bil ki, biz bu oyuna məğlub olmaq üçün çıxmışıq. Sanki bu oyunda məğlub olmalı idik. “Neftçi”ni 2 dəfə məğlub etmişik, 1 dəfə isə heç-heçə etdik. Son oyunda bizə qarşı yaxşı oynadılar. Oyunun ədalətli nəticəsi bərabərlik idi. İnşallah “Neftçi”nin vəziyyəti də düzələr. Biz bütün komandalara qarşı oyuna qalib gəlmək üçün çıxırıq. Bu mövsümki çıxışımızı yaxşı dəyərləndirirəm. Xatırlayırsınızsa, ilk dövrədə ardıcıl 5 oyun məğlub olduq. Amma indi komanda şəklində yaxşı oynayırıq.
 
- “Neftçi”nin maliyyə vəizyyətdi sizin komandanıza baxanda daha yaxşıdır. Ona görə də “Neftçi”ni favorit hesab edirdilər...
- Maliyyə durumuna baxanda AZAL-da çıxış edən futbolçular aldıqları məvacibə layiq deyillər. Bizim üçün pul əsas məsələ deyil. Tərlan müəllim bizim böyük qardaşımızdır. Onun ətrafında yığışmışqı və sona qədər mübarizə aparacağıq. Dar gündə yanında olduq. Ümid edirəm ki, yeni mövsümdə rəhbərlik bizə jest edəcək. Digər klublara baxanda 10-15 dəfə maliyyə durumumuz aşağıdır. Tək “Neftçi” deyil, digər komandalardan da maliyyə cəhətdən zəifik.
 
- Bu yaxınlarda belə bir xəbər yayıldı ki,  AZAL-ın futbolçuları 3 aydır ki, maaş almır. Futbolçulara qalan borclar ödənilib?
- 1 ayın maaşı ödənildi. Rəhbərlik bayrama qədər bizi sevindirəcəyinə söz verib.
 
- AZAL-ın avrokuboklar şansını necə dəyərləndirirsiniz?
- Belə götürəndə hər şey rəhbərlikdən və bizdən aslıdır. Biz avrokuboklara vəsiqə qazanmaq isəyirik. Amma bu, real görünmür. Çünki maliyyə vəziyyəti elə də yaxşı deyil. Amma biz yenə mübarizə aparacağıq.
 
- Rəhbərlik avrokuboklara vəsiqə qazanacağınız haqda sizə jest edəcəyi haqda söz verib?
- AZAL-ın bütün şəraiti var. İnanırıq ki, onlar bizə kömək edəcək. Biz rəhbərliyimizə güvənirik.
 
- Məlumatımıza görə, sizə xaricdən təkliflər var...
- Əsas məqsədim AZAL-da öz formamı bərpa etməyim idi. Indi yaxşı formadayam. Futbol oynamağıma artıq maksimum 2-3 il qalıb. İstəyərəm ki, Azərbaycanda qalım. Ailəmin yanında olmaq istəyərəm. Amma hazırda vəziyyət elədir ki, maliyyə məsələsi indi ön planda durur. Yaxı təkliflər olsa, dəyərləndirəcəm.
 
- Tagim Novruzov zədə səbəbindən mövsümü başa vurdu...
- Bu, bizim üçün ciddi bir itkidir. İstəməzdik ki, belə olsun. Mən də zədənin acısını çəkmişəm. “Qəbələ”də oynadığım zaman ön çarpaz bağlarım qopmuşdu. Tagim yaxşı formada idi. Onun yeri hiss olunacaq. Bütün dualarımız Tagimlədir. Ona səbrli olmağı arzulayıram.
 
- Sabiq komandan “Neftçi” ağır günlərini yaşayır...
- Bilirsiz bu nəyə oxşadı? Hans Yurgen Gedenin vaxtına. Amma Gedenin vaxtında komandada liderlik etməyi bacaran futbolçular var idi. Həmin vaxt düzgün olmayan addımlar atıldı. Aparıcı futbolçularla yollar ayrılmışdı. “Neftçi” çoxlarının sevimli komandasıdır. Bu gün “Neftçi” bu pillədə olmamalıdır. Komanda düzgün qurulmayıb. Oyunçudan tutmuş rəhbərliyə kimi problem ola bilər. Belə baxanda “Neftçi”də zəif futbolçu yoxdu. Rəhbərlik zəif olsa belə futbolçular oynamalıdır. Futbol elə bir şeydir ki, işlər düzgün qurulmayanda oyun alınmır. İstəmərm ki, “neftçi” bu yerdə oldun. Çünki onlar bu yerə layiq deyil.
 
- “Neftçi” ilə ilk dövrədə keçirdiyiniz oyundan sonra qarşı tərəfdən belə bir fikir səslənmişdi ki, “biz küçə komandasına məğlub olduq”...
- Bu cümləni rəhbərlik tərəfdən demişdilər. Biz ikinci oyunda da “Neftçi”ni məğlub etməyi bacardıq. O sözü deyən insanın özünün küçə insanı olduğunu sübut etdik.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti