Müşfiq Cəfərov: "Stadionun yaxşı vəziyyətə gəlməsi üçün böyük vəsait lazımdır"

17:00 - 16 Mart 2016

"Əsası işlər üçün vəsait lazımdır"
 
Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov Sportal.az saytına açıqlamalar verib.
 
Müşfiq Cəfərov açıqlamasında Gəncə şəhər stadionunda gedən təmir işləri haqda məlumat verib:
 
“Yüngül işlərə başlanılıb, amma digər işlərə start verməmişik. Nəzərə tutmuşuq ki, müasir sistemə uyğun iş alınsın. Stadionun yaxşı vəziyyətə gəlməsi üçün böyük vəsait lazımdır. Müəyyən işlər varki onları edirik. Rənglənmə işləri, ot örtüyünün normal qalması üçün işlər və.s Bir sözlə, yüngül işlərə start vermişik. Bacardığımızı edirik".
 
M. Cəfərov əsası işlər üçün daha çox vəsaitin lazım olduğunu bildirib:
 
"Əsası işlər üçün isə vəsait lazımdır. Bu barədə hələ ki, bizə məlumat verilməyib. Söhbət gedir, amm dəqiqləşməyib. Kubokun finalına kimi əsaslı işləri çatdıra bilmərik. Bunun üçün azı 6 ay iş getməlidir. Bu çox uzun çəkəcək”.

Xəbər xətti