"Amil Yunanova inamım və dəstəyim sonsuzdur"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Sportal.az saytına müsahibə verib.
- “Sumqayıt” qış fasiləsindən sonra yalnız 1 qələbə qazanıb. Komandada problem nədir?
-“Sumqayıt”da hər şey qaydasındadır. Komandamızda vəziyyət ürəkaçandır. Qışdan sonra rəhbərlik bizə çox jest etdi. Mən də ümid edirdim ki, qış fasiləsindən sonra daha da artıracağıq. İnanırsız qış fasiləsindən sonra nələrin baş verdiyindən özüm də çaşıb qalmışam. Baş aça bilmirəm. İndi mənim də böyük məşqçilik karyeram yoxdur. Rəqiblərin bizə qarşı fərqli taktika ilə oynadıqları göz qabağındadır. Problem bundadır. Başqa problem görmürəm. Qabağa getmək istəyirik, amma dala gedirik. İki oyun qalib gəlsək, artıq futbolçular da özlərinə inanacaqlar. Onlar başa düşəcəklər ki, günah elə özümüzdədir.
- Vaqif Cavadovun performansı size qane edir?
- Vallah deyirəm bizdə problem tək Cavadovla bağlı deyil. Bütün komandada problem var. Bəlkə komanda özü Vaqif Cavadova uyğunlaşmayıb. Biz də düşmüşük Vaqifin üstünə. Biz səhvi başqa yerlərdə axtarmalıyıq. Vaqif oynamayan oyunlarda da bərbad oynamışıq. Problem özümüzdədir.
- Məlumatımıza görə, “Sumqayıt”ın bəzi futbolçuları artıq başqa klublarla danışıqlara başlayıblar…
- Düzdür. Elə söz-söhbətlər artıq mənim də qulağıma çatıb. Bu, normal şeydir. Amma komandanın haqqını, halallığını vermək lazımdır.
- “Sumqayıt”ın oyununa baxanda hiss olunur ki, bəzi futbolçular oynamaq istəmir. Bunun səbəbini onlardan soruşmusunuz?
- O qədər danışmışam… Artıq danışmaqdan da yorulmuşam. Məsələn, Vaqif Cavadov “Qəbələ”də 1-2 oyun oynamışdı. Amma bizdə daimi heyətdədir.”Sumqayıt”dan ayrılan futbolçu hansı kluba gedəcək? Elə bizim səviyyəmizdə olan “Rəvan”a, “Xəzər Lənkəran”a ya da AZAL-a. Bizdə oynaya bilməyən futbolçu başqa kluba gedib neyləyəcək? Oynamaq istəməyənləri mən də görürəm. Oyunları alınmır. Rəhbərlik mənə dəstək olur. Tez-tez söhbətimiz olur. Məni hər zaman dəstəkləyirlər. Uğursuzluqdan sonra artıq biz komandada vacib dəyişikliklər etməyə məcburuq. Həmin o dediyin futbolçular yəqin ki, komandamızda olmayacaqlar.
- Əgər mövsümün sonuna qədər belə davam etsə, neçə futbolçunu komandada saxlamaq fikriniz var?
- Bu vəziyyətdə qalsaq, 7-8 nəfir komandada saxlayaram. Vəssalam.
- Amil Yunanov 4 oyuna 6 qol vurdu, amma dayandı…
- Amil Yunanova inamım və dəstəyim sonsuzdur. Amilin Premyer Liqa təcrübəsi azdı. Onun potensialı var. Mənim ona dəstəyim sonsuzudr. Təki, o ümidləri doğrultsun. Onun qol duyumu yaxşıdı. Bizim komandamızda durğunluq var. Ona görə də Amil Yunanov da dayanıb. İnanıram ki, Amil gələcək oyunlarda öz sözünü deyəcək.
- Mətbuatda bəzən yazırlar ki, Amil Yunanov “ulduz xəstəliyi”nə tutulub…
- Bu haqda deyə bilərlər ki, elə Samirin özü də “ulduz xəstəliyi”ə tutlub. Amma oyunçunu sən yaxından tanımıyandan sonra niyə belə yazırsan? Mən özüm Amilin mədəniyyətinə cavabdehəm. İnanmıram ki, o xəstəliyə tutulub eləsin. Pis olan futbolçuları da görmüşəm, tanıyıram. Amma Amil Yunanovun artıq-əksik hərəkət etməsinə şəxsən inanmıram.
- Məsələn, AZAL az büdcə ilə həm “Sumqayıt”I, həm də “Neftçi”ni geridə qoyub…
- Yenə deyirəm ki, çox şeyin başında maliyyə durur. Düzdür bu, hər şeyi demir. Amma çox şeyi deyir. Bizi “Qəbələ” ilə müqayisə edin. “Qəbələ”nin xərclədiyi pul “Qarabağ”ın xərclədiyindən daha çoxdur. Amma 3-cü pillədədirlər. Əgər AZAL bizdən qabağdadırsa, deməli bizdən güclüdürlər. Vəssalam.
- Baş məşqçi potunuzda qalsanız komandada ciddi dəyişikliklər olacaq?
-İnşallah Samir Abasova rəhbərlik güvənsə, yəqin ki, dəyişikliklər çox olacaq. Yeni “Sumqayıt” qurmağa çalışacağıq.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi