"Qəbələ"nin futbolçusu: "Görünən odur ki, mən Qriqorçuka lazım deyiləm"

14:01 - 17 Mart 2016

"Nəyi bacarıb-bacarmadığmı mən bilirəm"

 

"Qəbələ"də əsas heyətə düşməkdə çətinlik çəkən Vadim Abdullayev bir neçə vaxtdır ki, komandanın əvəzedici heyətində yer alır.

 

Bu barədə Sportal.az-a danışan Abdullayev maraqlı fikirlər səsləndirib:

 

"Əvvəla, biz idmançıdan əvvəl insanıq və kimə nə olacağına, hansı vəziyyətinə düşəcəyinə Allah qərar verir. Artıq bir neçə vaxtdır ki, əsas komandada yer almıram. Buna gör də çox pis olmuşam. Oynamamağıma görə də milli komandaya da dəvət ala bilmədim. Lakin, onu da qeyd edim ki, əvəzedicilərdə oynasam da, orada kiməsə lazım olduğumu hiss eləyirəm və bu amil də mənə əlavə motivasiya verir. Orda baş məşqçi də mənə öz dəstəyini gəstərir və vəziyyətimi başa düşür. Artıq, əsas komandada oynamağı heç düşünmürəm. Çünki, görünən odur ki, mən Roman Qriqorçuka lazım deyiləm. Problem yoxdu, mənim 21 yaşım var və hər şeyin irəlidə olduğunu anlayıram. Məni ən yaxşı tanıyan elə mən özüməm. Nəyi bacarıb-bacarmadığımı mən bilirəm. İnanıram ki, sübüt edəcəyim çox şey olacaq".

Xəbər xətti