35 seyvlə liderdir
Premyer Liqamızda artıq 25 tur arxada qalıb.
Sportal.az xəbər verir ki, bu 25 turda "İnstat Football" şirkətinin statistikasına görə, ən çox seyv edən qapıçı "Xəzər Lənkəran"ın qolkiperi Orxan Sadıqlıdır. Sadıqlı meydanda olduğu 2085 dəqiqədə 35 seyvlə yadda qalıb. Onun ən yaxın izləyicisi isə AZAL-ın çərçivə qoruyucusu Stanislav Namaşkodur, o, 2364 dəqiqədə 22 seyvlə yadda qalıb. İlk "3-lüy"ü isə "Neftçi" və millimizin üzvü Aqil Məmmədov tamamlayır. Məmmədov 2084 dəqiqədə 21 qurtarışla yadda qalıb.
saytlarin hazirlanmasi