Oyunda 7-8 dəqiqəlik fasilə yaranıb
Az öncə I Divizionun 28-ci turunda başa çatan "Ağsu" - "Şahdağ" (1:1) qarşılaşması qalmaqalla yadda qaləb. Belə ki, qonaq komandanın futbolçusu "Şahdağ" azarkeşlərinə tərbiyəsiz jest edib və azarkeşlər buna görə meydana axışıb.
Bu barədə ətraflı məlumatı Sportal.az-a açıqlamasında "Şahdağ"ın baş məşqçisi Adil Mahmudov bildirib:
"Rəqibin futbolçusu qırmızı vərəqə alır və biz penalti vurduq. Biz qol vururuq, hakim mərkəzi göstərir. Bu zaman kimlərsə dördüncü hakimi çağırır, qırmızı vərəqə alan futbolçunun meydançada olduğunu bildirib və hakim də penalti zərbəsini təkrar vurmağını göstərir və biz də yerinə yetirə bilmədik. Əslində Xəlil Xəlilov yaxşı idarəçilik etdi, amma dördüncü hakim Anar Niyazov təmiz qolumuzu saymadı. Ondan sonra da "Ağsu" hesabı bərabələşdirdikdən sonra, futbolçularından bizi azarkeşlərimizə tərbiyəsiz jest etdi. Bu da azarkeşlərimizi qıcıqlandırdı və meydana daxil oldu, nəticədə xoşagəlməz hadisələr yaşanıb. Həmin futbolçunu özüm qorudum ki, ona zərbə dəyməsin. Azarkeşlərə də təşəkkürümü bildirdim, məni başa düşdülər. Oyun 41-ci dəqiqədə dayandı və təxminən 7-8 dəqiqəlik fasilə yarandı. Ancaq onu bildirim ki, oyuna təxminən 1500 azarkeş gəlmişdi, komandamız çətinliklərlə palçıqda məşq edir. 4-cü hakim bizim haqqımızı tapdaladı, hətta bundan əlavə bir təmiz qolumuzu da oyundan kənar vəziyyət adı ilə sayılmadı".
saytlarin hazirlanmasi