Mikayıl Nərimanoğlu qalmaqala aydınlıq gətirdi: "Bir balaca mübahisə olub"

00:40 - 19 Mart 2016

"Orada dava-dalaş olmayıb"
 
Xəbər verdiyimiz kimi, "Kəpəz" azarkeşlərindən ibarət "Xəmsə" fan klubunun rəhbəri Adil Məmmədov ilə klubun lisenziyalaşdırma departamentinin rəhbəri Nofəl Əzizovla məşqlərin birində söz mübahisəsi, hətta klub rəsmisinin azarkeşə yumruq vurduğu haqda məlumat vermişdik.
 
Bu barədə "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Sportal.az-a danışıb:
 
“Mən bu məsələ ilə bağlı araşdırma apardım. Orada dava-dalaş olmayıb. Hər hansısa söhbətin müzakirəsi gedib. Hər iki tərəflə danışmışam. Öz aralarında müzakirələr aparıblar. Bir balaca mübahisə olub. Amma davadan söhbət gedə bilməz”.

Xəbər xətti