Amil Yunanov: "Bu qol mənə psixoloji cəhətdən çox vacib idi"

01:15 - 19 Mart 2016

"Qollarımın ardını gətirmək üçün çalışacam"
 
"Rəvan" - "Sumqayıt" (1:2) matçından sonra "Sumqayıt"ın forvardı Amil Yunanov Sportal.az saytına açıqlama verib.
 
Gənc hücumçu komandasının qələbəsindən danışıb:
 
"Çox sevinirəm ki, komandamız qələbə qazandı. Qol vurdum. Bu qol mənə psixoloji cəhətdən çox vacib idi. Özümə inamım artdı. Qollarımın ardını gətirmək üçün çalışacam. Çox sevinirəm ki, 3 xal qazandıq. Komanda yoldaşlarıma da məni dəstəklədikləri üçün təşəkkür edirəm. Əlbəttə, ən çox azarkeşlərimizə minnətdaram. Bu oyunda bizi tək qoymadılar. Onları sevindirməkdə davam edəcəyik".

Xəbər xətti