5 matçda...
Azərbaycan Premyer Liqasının XXVI turu keçirilən 5 qarşılaşma ilə arxada qalıb.
Sportal.az xəbər verir ki, baş tutan 5 matçda ümumilikdə stadiona 9250 azarkeş toplaşıb. Ən çox izləyici sayı isə 4 min tamaşaçı ilə "Qəbələ" - "Qarabağ" (1:2) matçında olub. "Xəzər Lənkəran" - "İnter" (0:1) oyununda isə 2700 azarkeş stadiona təşrif buyurub.
"Neftçi" - "Kəpəz" (2:3) matçında 1700, "Zirə" - AZAL (4:2) qarşılaşmasında 700, "Rəvan" - "Sumqayıt" oyununda isə cəmi 150 azarkeş qeydə alınıb.
saytlarin hazirlanmasi