"İnanıram ki, Premyer Liqada da I Divizionda olduğu kimi qollarıma davam edəcəyəm"
Adı Bakı "İnter"i ilə hallanan MOİK-in kapitanı Röyal Nəcəfov Sportal.az-ın suallarını cavablandırıb:
- Komandada işlər necə gedir? Yeni baş məşqçi Müşviq Qənbərovun gəlişindən sonra komanda qələbələr qazanmağa başlayıb və yuxarı pillələr uğrunda mübarizə aparır...
- Komandada hər şey yaxşıdı. Burdan sizin vasitənizlə MOİK rəhbərliyinə və məşqçilər korpusuna, əsasən də Müşviq müəllimə öz təşəkkürümü bildirirəm. Burada bizim üçün hərcür şərait yaradılıb. Müşviq müəllimin futbol fəlsəfəsi hər oyuna 3 xal üçün çxımaqdır. Biz də öz növbəmizdə bunun üçün əlimizdən gələni edirik.
- Hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşımısız. Mövsümün sonunda özüvüzü hansı pillədə görürsən?
- Bizim hədəfimiz ilk 3-lükdə yer almaqdır. Hazırda 3-cü yerlə aramızda 6 xal fərq var. Qapanmayacaq fərq deyil. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, sonda 3-cü yerdə olaq.
- Komanda Premyer Liqaya vəsiqə qazansa, burada qalmaq ehtimalın var?
- Qoy ona rəhbərliyimiz və baş məşqçimiz qərar versin. Mən nəinki meydanda, həm də meydandan kənarda da MOİK-in kapitanı olaraq nümunəvi olmağa çalışıram. Arzum, MOİK-lə Premyer Liqada oynamaqdır.
- Mətbuatda yayılan məlumatlara görə, “İnter” səninlə maraqlanır. “İnter”dən sənə belə bir təklif gəlib?
- Adımın Premyer Liqa komandaları ilə hallanması sevindirici bir haldır. Sözün düzünü desəm, hələ ki, mənə rəsmi təklif olmayıb. Məndə sizin kimi, mətbuatda yazılan qədər bilirəm. Amma, onu da qeyd edim ki, özümü Premyer Liqada oynayacaq səviyyədə görürəm. Sadəcə mənə inanıb, şans vermək lazımdı.
- I Divizionda hazırda, 15 qol vuraraq bombardirlik siyahısında lidersən. Bu amil səni Premyer Liqaya daha da yaxınlaşdırır...
- İnanıram ki, Premyer Liqada da I Divizionda olduğu kimi qollarıma davam edəcəyəm. Mənim hədəfim milli komandada oynamaqdır. Millidə də yer almaq üçün Premyer Liqada oynamaq vacibdir. Əfsuslar olsun ki, I Diviziondan miliyə futbolçu çağırmırlar.
- Növbəti turda lider “Neftçala” ilə qarşılaşacaqsınız. Bu matçda şanslarınızı necə dəyərləndirirsən?
- Biz oynayacağımız hər bir komandaya hörmət edirik. Bilirik ki, ötən ilin çempionuna, bu ilin də liderinə qarşı oynayacağıq. Rəqibinin kimiliyindən asılı olmayaraq, biz meydana 3 xal üçün çıxırıq. Əminəm ki, Premyer Liqa səviyyəsində oyun olacaq.
saytlarin hazirlanmasi