"Neftçi" və "Kəpəz" də cəzalandırıldı

14:20 - 22 Mart 2016

Komitənin qərarları

 

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az sizi iclasda qəbul olunan qərarlarla tanış edir:

 

Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.    

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Neftçi” – “Kəpəz” matçının 30-cu dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərovkobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 98 №-li futbolçusu Elcan Rəhimovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Xəbər xətti