Maykl Essyen karyerasını Azərbaycanda davam etdirə bilər
Qana yığmasının və Yunanıstanın “Panatinaikos” klubunun yarımmüdafiəçisi Maykl Essyen karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, İngiltərənin “Çelsi”, İspaniyanın “Real” (Madrid) və İtaliyanın “Milan” klubunun sabiq futbolçusu ilə Azərbaycanın “Qarabağ” klubu maraqlanır.
Qeyd edək ki, 34 yaşlı Essyen bu mövsüm Yunanıstan klubunda 12 oyun keçirib.
saytlarin hazirlanmasi