"Amma öz səhvlərimizdən iki qol buraxdıq"
"Rusiya ilə oyunda biz daha yaxşı oynadıq, qələbə də qazana bilərdik. Amma öz səhvlərimizdən iki qol buraxdıq. Səfərdə Rusiya kimi komanda ilə heç-heçə də pis nəticə deyil. Əsas odur ki, əvvəlki zamandan fərqli olaraq hər rəqib bizi ciddi qəbul edir və hörmət edir. Biz də özümüzə çox inanırıq. Şülkürlər olsun ki, bu inam sayəsində yaxşı nəticələr qazanırıq".
Bu sözləri Sportal.az-a açıqlamasında 21 yaşlılardan ibarət millimizin üzvü Adil Nağıyev Rusiya ilə 2:2 hesablı heç-heçədən sonra bildirb. O, əslən azərbaycanlı olan və bu matçda Rusiyanın heyətində oynayan Ramil Şeydayev və erməni futbolçu Arşak Koryanın da olmasına da şərh verib:
"Rəqibin hər bir futbolçusuna hörmətlə yanaşıram. Mən adıçəkilən hər iki futbolçunu düşmən sayıram. Amma meydanda çalışdıq ki, dava ilə yox, oynadığımız futbolla cəzalandıraq və bunu da bacardıq. Onların oynamasına, qol vurmasına da imkan vermədik".
saytlarin hazirlanmasi