"Buradan ayrılmaq fikrim yoxdur"
"İnter"in və U-21 millimizin üzvü Fuad Bayramov Sportal.az-ın suallarını cavablandırıb:
- Mövsümün sonuna az qalıb. Komandada işlər necə gedir?
- Komandada hər şey yaxşıdır. Mövsümün sonuna kimi öz oyunumuzu oynayıb mübarizə aparacağıq.
- Premyer Liqada “İnter”in çempionluq şansının bitdiyini söyləmək olar? Ümumiyyətlə, sonda komandanı neçənci pillədə görürsən?
- “İnter” hər il olduğu kimi bu il də çempionluq uğrunda mübarizə aparır. Deməzdim ki, çempionluq əldən gedib. Çünki, qarşıda 10 oyun var və hər şeyə çempionatın sonunda aydınlıq gələcək.
- Mövsümün sonunda “İnter”dən ayrılmaq ehtimalın var?
- Xeyir. “İnter” mənə doğma bir yerdi. Buradan ayrılmaq fikrim yoxdur.
- Zədənin son durumu necədir?
Zədəm artıq sağalıb. Komanda ilə birgə məşqlərə başlamışam. Qarşıdakı oyunlarda komandama kömək edə bilərəm.
- Zədəyə görə, U-21 millimizin Rusiya ilə matçında iştirak edə bilmədin.Bu vacib matçda komandanın yanında olmadığına görənə hisslər keçirirsən?
- Düzdü, zədəmlə bağlı milliyə gedə bilmədim. Lakin, çox istəyərdim bu vacib matçda komandanın yanında olum. Əsas odur ki, millimiz sərfəli nəticə qazana bildi.
- Nə vaxtsa, “İnter”dən ayrılsan, legioner həyatı yaşamaq istəyərsən, yoxsa, Premyer Liqa klublarının birində çıxış etmək?
- Əvvəla, ayrılmaq istəmərəm. Amma, ayrılası olsam, çalışaram legioner həyatı yaşayım.
- Ötən illərə nəzər saldıqda Premyer Liqada rəqabətin azaldığını söyləmək olar?
- Düzdü, əvvəlki illərə baxdıqda çempionatda bir balaca eniş var.
- Premyer Liqanın növbəti turunda “Neftçi” ilə qarşılaşacaqsınız. Nəzərə alsaq ki, “Neftçi” heç də yaxşı günlərini yaşamır, oyunun asan keçəcəyini söyləmək olar?
- Xeyir. Heç bir oyun asan deyil. Hazırkı durum elədir ki, hər bir komanda bir-birindən xal götürür. “İnter”ə qarşı da hər bir komanda daha çox istəkli olur.
saytlarin hazirlanmasi