"Qazanacağımız 1 xal qızıla bərabər olacaq"
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Sportal.az saytına müsahibə verib:
- Sizin köməkçi məşqçiniz Eyyub Dəmirçi klubdan ayrılıb. Onun getməsinə səbəb nə idi?
- Ona Türkiyədən təklif gəlmişdi. Bizdən ayrılandan sonra bir az işləri ləngidi. O dəfə danışmışdım. Dedi ki, Bakıdayam. Adana klublarının birindən təklif almışdı. Amma hələ ki, getməyib.
- “İnter”lə oyundan sonra Nuran Qurbanov və Elnur Abdulovu əvəzedici heyətə göndərmişdiz. Amma “Sumqayıt”la oyunda Nuran Qurbanovu meydana buraxdınız...
- Nuran Qurbanov əvəzedicilərdə oynadı. Bilirsiz necədir, mən də hirslənirəm, əsəbiləşirəm. İndi onların futbolçu karyerlaarına zərbə vurmaq düzgün olmaz. Amma Abdulov əvəzedicilərdə oynadıqdan sonra bağışlanacaq. Onsuz da heyətimizin 70 faizini əvəzedicilərdən gələn futbolçular təşkil edir. Elnur Abdulov “Qarabağ”la əvəzedicilərdə oynadıqdan sonra heyətə qayıdacaq.
- Komandada maliyyə problemləri nə yerdədir?
- Futbolçular maaşları alıblar və heç bir problemimiz yoxdur. 2016-cı ildən maliyyə problemimiz yoxdu. Mən maaşı bu gün qətiyyən problem hesab etmirəm. 2015-ci ilin noyabr dekabr aylarında bir az çətinlik çəkmişdik. Yanvar, fevral, mart aylarının maaşlarını qəpiyimizə kimi almışıq.
- UEFA “Rəvan” üçün pul ayırmışdı. Lakin AFFA 26 min manatlıq vəsaiti borclarınıza görə, qarşılıqlı şəkildə ləğv etdi...
- Bu işlərlə rəhbərlik məşğul olur. Bir onu bilirəm ki, mövsümün əvvəlində borcumuz yox idi. İndi bilmirəm. Xəbərim yoxdur ki, AFFA o pulu niyə görə belə edib.
- “Xəzər Lənkəran”la xal fərqiniz 6 xaldır və bu tur “Qarabağ”la qarşılaşacaqsınız...
- Bu, futboldur. AZAL bir neçə tur əvvəl “Qarabağ”dan 3 xal götürə bilib. “Qarabağ”dan alınan hər xal istənilən komanda üçün yaxşı nəticədir. Çalışacağıq ki, xal qazanaq. Qazanacağımız 1 xal qızıla bərabər olacaq.
saytlarin hazirlanmasi