"Uşaqlar əllərindən gələni elədilər"
Millimizin baş məqşçisi Robert Prosineçki Qazaxıstanla (0:1) oyundan sonra fikirlərini bildirib.
Sportal.az apasport.az-a istinadən Robert Prosineçkinin açıqlamalarını təqdim edir:
- Oyun haqqında fikirlərinizi bildirərdiniz...
- Mən dünən də bildirmişdim, bizim üçün çətin oyun olacaq. Hesaba baxmayaraq, komandamdan razıyam. Uşaqlar əllərindən gələni elədilər. İkinci hissədə meydana çıxan futbolçular da yaxşı oynadılar.
- Araz Abdullayev bu gün fərqli mövqedə çıxış etdi, qane etdimi onun oyunu sizi?
- Arazdan çox razı qaldım. Tapşırılan vəzifənin öhdəsindən gəldi. Müdafiəyə də kömək elədi. Hücumda da fəal idi.
- Komandadan razısınız, ancaq məğlub olduq. Səbəb nə idi?
- İlk dəqiqələrdə standart vəziyyətdə diqqətli olmadıq. Qol buraxdıq. Sonradan bunu aradan qaldıra bilmədik. Məğlubiyyətə səsas səbəb bu oldu. Nəticədən sössüz ki razı deyiləm. Səhvlərimiz var, bunları aradan qaldıracağıq.
- Cavid Tağıyev “Qarabağ”ın heyətində adətən ehtiyatda qalır, onun oyunu necə təsir bağışladı?
- Ad çəkmək istəmirəm, o, pis, bu, yaxşı oyunçudu. Meydanda çıxış edən bütün futbolçularımdan, həmçinin Caviddən də razı qaldım.
saytlarin hazirlanmasi