Elnur Məmmədovun "Neftçi"də "qara oyun"ları ÖZƏL

00:37 - 27 Mart 2016

Vəli Qasımovun gəlişi ilə pul da tapıldı
 
"Neftçi"də baş məşqçi postu Vəli Qasımova tapşırıldıqdan sonra komandada yenilik baş tutub.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Samir Əliyev və Əsgər Abdullayev dönəmindən fərqli olaraq, komanda Vəli Qasımovun rəhbərliyi altında hər oyundan 1 gün öncə toplanışı klubun öz bazasında yox, şəhərin 5 ulduzlu otellərinin birində edir. Bunu isə klub rəhbərliyindən yeni baş məşqçi Vəli Qasımov özü istəyib.
 
Devalvasiya və Mpenzaya borcu əsas gətirərək maliyyə durumunun elə də yaxşı olmadığını bildirən klubun icraçı direktoru Elnur Məmmədov Vəli Qasımovun istəyini fikirləşmədən gerçəkləşdirib. Elnur Məmmədovun bu yeniliyi niyə Əsgər Abdullayevin dönəmində etmədiyi maraqlıdır. Hərçənd, bizdə olan bilgiyə görə, Əsgər bəy də dəfələrlə bu barədə Elnur Məmmədova istəyini çatdırıb, bu məqamın oyunlara hazırlıq baxımından vacib olduğunu deyib. Lakin Əsgər Abdullayevə pulsuzluqdan gileylənən Məmmədov Vəli Qasımov gələn kimi bu problemi çözüb. 

Xəbər xətti