"Neftçala" ilə 6 xala bərabər oyunumuz var"
Azərbaycan I Divizionun XIX turunda doğma meydanda "Şərurspor"u 3:2 hesabı ilə məğlub edən "Qaradağ Lökbatan" liderliyə yüksəlib.
Bu barədə Sportal.az-a açıqlama verən "Qaradağ Lökbatan"ın qolkiperi Ruzi Qiyaslı bunları qeyd edib:
"Məlum olduğu kimi, "Neftçala"nın məğlub olması ilə liderliyi ələ keçirdik. Növbəti turda "Neftçala" ilə 6 xala bərabər oyunumuz var. Bu oyunda mütləq qələbə qazanmalıyıq. Çünki, getdikcə liderlər qrupunda yer alan komandalarla matçlarımız başlayır. Mütləq qələbə qazanmaq lazımdır ki, "Neftçala" ilə aramızdakı xal fərqini artıraq".
Müqavilə ilə "Neftçi"yə məxsus olan Qiyaslı daha sonra "Qaradağ Lökbatan"da ehtiyatda qalmağından da söz açıb:
"II dövrənin ilk oyununda "Şahdağ"la pis hava şəraitində oynadıq. Özümü yaxşı tərəfdən göstərə bilmədim. Hətta, soyuqdan əllərimi hiss eləmirdim. Həm də, o matçda yüngül zədə də aldım. "Neftçi"dən bura ehtiyatda oturmağa gəlməmişəm. Sadəcə, bəxtim gətirmədi. Məncə, o oyunda hansısa futbolçuya qiymət vermək olmaz. Şansımı gözləyirəm. İnanıram ki, şans verəcəylər".
saytlarin hazirlanmasi