Şahin Diniyev: "Azərbaycan millisi Avropa çempionatında oynamaq səviyyəsində deyil"

15:38 - 28 Mart 2016

"Seçmə mərhələdə yaxşı çıxış etmək üçün şans var"
 
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Qazaxıstan – Azərbaycan (1:0) oyunu ilə bağlı Sportal.az saytına fikirlərini bildirib:
 
Təcrübəli mütəxəssis oyunçularda motivasiyanın olmadığını bildirib:
 
“Orada oynayan oyunçuların potensialına bələd idik. Yoldaşlıq matçlarında daha çox yeni taktikanın üzərində sınaq aparırsan. Heyətdə bəzi dəyişiklər var idi. Prosineçkiyə hesabdan çox yeni taktiki gedişlərin sınağı lazım idi. O, bəzi futbolçuları fərqli mövqelərdə yoxladı. Mənə elə gəlir ki, Prosineçki yeni komanda yaratmaq istəyir. Bu oyunda futbolçularda motivasiya yüksək səviyyədə deyildi. Prosineçkidə artıq bütün kartlar açıldı. Artıq o bilir ki, kim nəyə qadirdi".
 
Ş. Diniyev "Kəpəz"in futbolçularının millidəki çıxışı haqda da danışıb:
 
"Namiq Ələsgərov və Tərlan Quliyev meydanda olduğu müddətdə yaxşı oynadılar. Hər ikisi “Kəpəz”in adına layiq futbol oynadı. Fikrimcə, Namiq və Tərlan Prosineçkinin etimadını doğrulda bildi. Amma digər oyunçular haqda nəsə söyləyə bilmərəm"
 
Millimizin sabiq məşqçisi yığma komandamızın Avropa çempionatına final mərhələsində çıxış etmək şanslarından da danışıb:
 
"Klub məşqçisi olaraq millinin işlərinə qarışmaq istəmirəm. Amma Azərbaycan millisi Avropa çempionatında oynamaq səviyyəsində deyil. Bu, reallıqdır. Seçmə mərhələdə yaxşı çıxış etmək üçün şans var. Biz Avropa çempionatında çıxış etmək üçün hazır deyilik".

Xəbər xətti