"Komandanın belə vəziyyətə düşməsində hər hansı bir bəhanə gətirilməməlidir"
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Sportal.az saytına komandanın hazırki durumundan danışıb.
T. Süleymanov "Neftçi"nin indiki vəziyyətini acınacaqlı durum adlandırıb:
“Neftçi” hazırda 7-ci pillədədir və komandanı bu vəziyyətdən çıxarmaq lazımdır. Əlbəttə, acınacaqlı durumdur. Sistem olmadığı olmadığı halda uğur gözləməyə dəyməz. Hər hansı bir məşqçini və ya futbolçunu gətirsən də xeyri dəyməyəcək. Biz “Neftçi”də olan zaman bir sistem formalaşdırmışdıq. Həmin strategiya ilə komanda ildən-ilə uğurlu nəticələr əldə edirdi. Məsələn, komanda tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bundan əlavə, çempionatda hər mövsüm çempionluq və ya kubok qazanırdıq. “Neftçi” kimi tarixi kökü olan klubun hər zaman hədəfi çempionluq olmalıdır. Komandanın belə vəziyyətə düşməsinə hər hansı bir bəhanə gətirilməməlidir. “Qarabağ”ı qoyaq bir kənara, “Zirə”, “Kəpəz”, “İnter”, AZAL kimi komandaların hansının büdcəsi “Neftçi”nin büdcəsindən çoxdur? Futboldan anlamayan insanlar “Neftçi”ni bu vəziyyətə salıb. Rəhbərliyin istefa məsələsinə gəldikdə isə yaxşıdır ki, bunu onlardan soruşun”.
saytlarin hazirlanmasi