Vəli Qasımov - Elnur Məmmədov tandemi daha bir məşqçini işsiz qoydu ÖZƏL

00:02 - 29 Mart 2016

Araz Qulamova verilən yalan vəd
 
"Neftçi"ni istədiyi kimi idarə edən Elnur Məmmədov və Vəli Qasımov cütlüyü daha bir məşqçini işsiz qoyub.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, əvəzedici heyətdə məşqçi kimi çalışan Araz Qulamov komandadan uzaqlaşdırılıb. Belə ki, Vəli Qasımovun əsas komandaya baş məşqçi təyin olunmasından sonra, Qasımov əvəzedici heyətin baş məşqçisi Tofiq Mustafayevi özünə köməkçi təyin edib. Samir Əliyev əvəzedici heyətə baş məşqçi, Səttar Əliyev isə onun köməkçisi vəzifəsinə gətirilib. Bütün təyinatlar reallaşdıqdan sonra isə icraçı direktor Elnur Məmmədov Araz Qulamovu komandadan uzaqlaşdırıb. Vəli Qasımov isə Araz Qulamova yenidən kluba qayıtması üçün vəd versə də, sözünü tutmur.
 
Qeyd edək ki, Araz Qulamov Sadıq Sadıqovun rəhbərlik etdiyi  "Neftçi"də U-14 komandası ilə Rusiyada keçirilən "Dəri top" turnirinin qalibi olmuşdu.
 

Xəbər xətti