"Buna görə çox təəssüflənirəm"
Xəbər verdiyimiz kimi, bu gün İntizam Komitəsinin iclasında I Divizionun XXIX turu çərçivəsində keçirilən MOİK - "Nefçala" (2:0) matçında meydan sahiblərinin futbolçusu Röyal Nəcəfov hakimi təqhir etdiyinə görə 4 oyunluq cəzalanıb. Lakin, cəzanın 2 oyunu şərti cəza kimi tətbiq olunacaq.
Bu barədə Sportal.az-a açıqlama verən MOİK-in kapitanı Röyal Nəcəfov bunları qeyd edib:
"Cəza barədə onu deyə bilərəm ki, ağzımdan birbaşa söyüş çıxmamışdı. Sadəcə, futbol termini ilə desək, işlətdiyim söz hakimə nalayiq ifadə kimi kimi qəbul olunub. Ona görə də, mənə belə bir cəza verilib. Mən öz komanda yoldaşlarıma və məşqçilər korpusuna qarşı səhv etmişəm. Hər səhvin bir cəzası olur. Mənim də cəzam belə oldu. Sizin vasitənizlə, başda klub rəhbərliyi olmaqla komandadakı hər kəsdən üzr istəyirəm. Əsas mənə təsir edən qarşıdakı 2 matçda komandama kömək edə bilməyəcəmdir. Buna görə çox təəssüflənirəm".
saytlarin hazirlanmasi