"Mən oynadığım komandadan indi sadəcə, fanatlar qalıb"
"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviç Qazaxıstanın "Okjetpes" klubuna transfer olunmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yeni komandama mümkün qədər tez uyğunlaşmaq istəyirəm. Burada yaxşı atmosfer var. "Neftçi"yə qayıtmaq istəyərdim. Amma məni heç kim dəvət etməsə, necə qayıda bilərdim? Bu komanda indi çox dəyişib. Çıxışını izləyirəm. "Neftçi"yə həyatımın sonuna kimi azarkeşlik edəcəyəm. Lakin mən oynadığım komandadan indi sadəcə, fanatlar qalıb. Keçmiş komandamı tənqid etmək istəmirəm. Ola bilər ki, məni düzgün başa düşməsinlər. Sadıq Sadıqov nə vaxtsa "Neftçi"yə qayıtsa, bu komandada hətta pulsuz da oynamağa hazıram. Yenidən çempion olardıq".
saytlarin hazirlanmasi